Məhsul kataloqu
Soyutma / VRF
Dəyişkən axınlı refrigerant sistemi (VRF)
VRF (Variable Refrigerant Flow) sistemi açıq havada quraşdırılıan xarici blok qrupuna ardıcıl bağlanan iki və daha artıq daxili blokdan, mis boru xəttindən və soyuducu freon qazından ibarət kondisiyalaşdırma sistemidir. Xarici blokdan çıxan mis boru cütlüyü (maye və qaz) iç bloklar arasında dövr edərək çöl bloka qayıdır və beləliklə sistem vasitəsilə mühitə isti və ya soyuq hava ötürür. Hər bir iç blok sistemə joint adı verilən "T" şəklində bağlantı ilə bağlanır. Yüksək idarəetmə texnologiyasına sahib olan bu sistemdə otaqlar bir birindən ayrı şəkildə idarə olunur. Xarici blok qrupuna soyutma gücündən asılı olaraq 50 ədədə qədər müxtəlif tipli (divar, gizli tavan, kaset, tavan, döşəmə və hava pərdəsi) daxili blok qoşula bilər.
VRF sisteminin iki fərqli çeşidi var:
1. Heat Recovery R2 seriyası (eyni zamanda həm isitmə, həm soyutma). Mitsubishi Electric dünyada ilk və yeganə şirkətdir ki, belə sistemlərdə 3 boru əvəzinə 2 borudan istifadə edir.
2. Heat Pump Y seriyası (yalnız istmə və ya yalnız soyutma). Bu seriyadan olan cihazlar da xarici blokun soyutma gücünə və avadanlığın ölçülərinə görə 2 hissəyə ayırlır, standart H və mini M cihazları.
VRF sistemini kiçik mənzildən irihəcimli iş mərkəzlərinə qədər tətbiq etmək olar.R410a Freon qazı ilə işləyən bu sistemdə ümumi daxili borulamanın uzunluğu 550 metrdən artıq olmamalıdır. VRF sistemində tək xarici blokla 56 kW, kombinasiya edilmiş xarici bloklarla isə 165 kW soyutma gücü əldə etmək olar. Xarici blokların maksimum yüklənməsi 130% təşkil edir ki, bu da 168 kW xarici bloka malik bir sistemdə daxili blokların ümumi soyutma gücünün 218 kW-a qədər artırıla bilməsi deməkdir.
Biz sizə Yaponiyanın aparıcı şirkəti olan Mitsubishi Electric brendinin kondisioner sistemlərini məmnuniyyətlə təklif edirik. Euroclima MMC Mitsubishi Electric şirkətinin Azərbaycanda rəsmi distribütorudur. Biz sizə VRF sistemləri ilə yanaşı 1+1 adlanan, bir xarici blokdan və bir daxili blokdan ibarət olan RAC (divar və ya kaset tipli məişət kondisionerləri) və PAC (gizli tavan və kaset tipli paket kondisionerləri) növlərini də təklif edirik. Bunlarla yanaşı Multi sistem də müştərilərin xidmətinə təqdim edilir. Bu tətbiqatda bir xarici bloka paralel bağlı iki və daha artıq daxili blok qoşulur. VRF sistemində olduğu kimi burada da daxili blokları müxtəlif tip seçə bilərik. VRF sistemindən fərqi olaraq Multi sistemlə daha kiçik əraziləri isitmək və ya soyutmaq məqsədə uyğundur. Daxili borulamanın maksimal uzunluğu 80 metr təşkil edir. Xarici blok qrupunun maksimal soyutma gücü 15.5 kw təşkil edir.
Mitsubishi Electric şirkətinə aid VRF sisteminin model cərgəsini sizə diqqətinizə təqdim edirik:
1. Xarici bloklar
1.1. Kompakt heat pump sistemi. Tək faza və ya üç fazalı olurlar. Soyutma gücü 12.5 – 22.5 kW. İsitmə gücü 14.0 – 25.0 kW.
1.2. Standart heat pump sistemi. Monobloklar birləşərək kombinasiyalar da əmələ gətirə bilirlər. Monobloklar 22.4 – 55.0 kW soyutma və isitmə gücünə malikdirlər. Zavod tərəfindən müəyyənləşdirilmiş kombinasiyaların sayəsində 63.0 – 165.0 kW soyutma və isitmə gücünə nail olmaq mümkündür.
1.3. Nominal yüklənmə şərtlərində maksimum verimlilik üçün davamlı isitməyə optimallaşdırılmış heat pump sistemi. Monobloklar birləşərək kombinasiyalar da əmələ gətirə bilirlər. Monobloklar 22.4 – 55.0 kW soyutma və 25.0 – 63.0 kW isitmə gücünə malikdirlər. Zavod tərəfindən müəyyənləşdirilmiş kombinasiyaların sayəsində 45.0 – 150.0 kW soyutma və 50.0 – 168.0 kW isitmə gücünə nail olmaq mümkündür.
1.4. Davamlı isitmə üçün optimallaşdırılmış heat pump sistemi. Monobloklar birləşərək kombinasiyalar da əmələ gətirə bilirlər. Monobloklar 22.4 – 56.0 kW soyutma və 25.0 – 63.0 kW isitmə gücünə malikdirlər. Zavod tərəfindən müəyyənləşdirilmiş kombinasiyaların sayəsində 63.0 – 150.0 kW soyutma və 69.0 – 168.0 kW isitmə gücünə nail olmaq mümkündür. YKB seriyası ilə müqayisədə daha yüksək COP-yə malik olurlar.
1.5. Soyuq iqlim üçün nəzərdə tutulmuş heat pump sistemi. Xarici mühitdə Celcius şkalası üzrə mənfi 25 dərəcədə daxili mühiti isti temperatur ilə təmin edə bilir. Monobloklar 22.4 – 28.0 kW soyutma və 25.0 – 31.5 kW isitmə gücünə malikdirlər. Zavod tərəfindən müəyyənləşdirilmiş kombinasiyaların sayəsində 45.0 – 56.0 kW soyutma və 50.0 – 63.0 kW isitmə gücünə nail olmaq mümkündür.
1.6. Bu sistem R22 və R407c ilə çalışan köhnə sistemləri yeni R410a freon qazı ilə əvəzləmək üçün mükəmməl seçimdir, çünki belə olan halda bütün mövcud sistem olduğu kimi qalır, yalnız xarici və daxili bloklar dəyişdirilir. Monobloklar 22.4 – 40.0 kW soyutma və 25.0 – 45.0kW isitmə gücünə malikdirlər.
1.7. İlk dəfə Mitsubishi Electric tərəfindən hazırlanmış və isitmə - soyutmanı paralel olaraq təmin edə bilən dünyada yeganə 2 borulu sistemdir. Nominal yüklənmə şərtlərində maksimum verimlilik üçün davamlı isitməyə optimallaşdırılmış heat recovery, yəni istiliyin geri qazanılması sistemi. Monobloklar birləşərək kombinasiyalar da əmələ gətirə bilirlər. Monobloklar 22.4 – 40.0 kW soyutma və 25.0 – 45.0 kW isitmə gücünə malikdirlər. Zavod tərəfindən müəyyənləşdirilmiş kombinasiyaların sayəsində 45.0 – 63.0 kW soyutma və 50.0 – 69.0 kW isitmə gücünə nail olmaq mümkündür.
1.8. Bu sistem R22 və R407c ilə çalışan köhnə sistemləri yeni R410a freon qazı ilə əvəzləmək üçün mükəmməl seçimdir, çünki belə olan halda bütün mövcud sistem olduğu kimi qalır, yalnız xarici və daxili bloklar dəyişdirilir. Monobloklar 22.4 – 33.5kW soyutma və 25.0 – 37.5kW isitmə gücünə malikdirlər.
1.9. Davamlı isitmə üçün optimallaşdırılmış heat pump sistemi. Monobloklar birləşərək kombinasiyalar da əmələ gətirə bilirlər. Monobloklar 22.4 – 56.0 kW soyutma və 25.0 – 63.0 kW isitmə gücünə malikdirlər. Zavod tərəfindən müəyyənləşdirilmiş kombinasiyaların sayəsində 63.0 – 101.0 kW soyutma və 69.0 – 113.0 kW isitmə gücünə nail olmaq mümkündür. YLM seriyası ilə müqayisədə daha yüksək COP-yə malik olurlar.
1.10. Su kondensasiyası / buxarı ilə çalışan daxili bloklar. Həm Heat Pump, həm də Heat Recovery sistemi üçün mövcuddur. Heat Pump sistemində monobloklar sayəsində 22.4 – 33.5kW soyutma və 25.0 – 37.5kW isitmə gücü təmin edirlər.Zavod tərəfindən müəyyənləşdirilmiş kombinasiyaların sayəsində 45.0 – 101.0 kW soyutma və 50.0 – 113.0 kW isitmə gücünə nail olmaq mümkündür.Heat Recovery sistemində isə monobloklar 22.4 – 33.5kW soyutma və 25.0 – 37.5kW isitmə gücü, multi bloklar isə 45.0 – 69.0 kW soyutma və 50.0 – 76.5kW isitmə gücünə malikdirlər.
2. Daxili bloklar
2.1. Gizli tavan tip daxili bloklar. Bu bloklar modelindən asılı olaraq daxili drenaj nasoslu ola bilirlər.
2.1.1. Aşağı statik təzyiqli bloklar, soyutma gücü 2.2 – 3.6 kW, isitmə gücü 2.5 – 4.0 kW.
2.1.2. Orta aşağı statik təzyiqli bloklar, soyutma gücü 1.7 – 7.1 kW, isitmə gücü 1.9 – 8.0 kW.
2.1.3. Orta yuxarı statik təzyiqli bloklar, soyutma gücü 2.2 – 16.0 kW, isitmə gücü 2.5 – 18.0 kW.
2.1.4. Yuxarı statik təzyiqli bloklar, soyutma gücü 4.5 – 16.0 kW, isitmə gücü 5.0 – 18.0 kW.
2.1.5. Yuxarı statik təzyiqli bloklar, soyutma gücü 22.4 – 28.0 kW, isitmə gücü 25.0 – 31.5 kW.
2.2. Kaset tipli daxili bloklar
2.2.1. 600x600 mm ölçüsündə 4-yollu kaset. Soyutma gücü 1.7 – 5.6 kW, isitmə gücü 1.9 – 6.3 kW.
2.2.2. 900x900 mm ölçüsündə 4-yollu kaset. Soyutma gücü 2.2 – 14.0 kW, isitmə gücü 2.5 – 16.0 kW.
2.2.3. 2-yollu kaset. Soyutma gücü 2.2 – 14.0 kW, isitmə gücü 2.5 – 16.0 kW.
2.2.4. Təkyollu kaset. Soyutma gücü 2.2 – 4.5 kW, isitmə gücü 2.5 – 5.0 kW.
2.3. Tavan tipli daxili bloklar. Soyutma gücü 4.5 – 14.0 kW, isitmə gücü 5.0 – 16.0 kW.
2.4. Divar tipli daxili bloklar. Soyutma gücü 1.7 – 11.2 kW, isitmə gücü 1.9 – 12.5 kW.
2.5 Döşəmə tipli daxili bloklar. Soyutma gücü 2.2 – 7.1 kW, isitmə gücü 2.5 – 8.0 kW.
Soyutma gücü 2.2 – 4.5 kW, isitmə gücü 2.5 – 4.5 kW.
Soyutma gücü 2.2 – 7.1 kW, isitmə gücü 2.5 – 8.0 kW.
2.6. Hava pərdəsi tipli daxili bloklar. Soyutma gücü 7.4 – 14.0 kW, isitmə gücü 8.3 – 15.7 kW.
3. İdarəetmə sistemləri. Mitsubishi Electric müştərilərinə çoxsaylı idarəetmə vasitələrini təqdim edir, bunlardan ən məşhurlarını sizinlə paylaşırıq:
3.1. Divar tipli pult PAC-YT52CRA.
16 iç blokdan ibarət bir qrupu tam şəkildə idarə edə bilir.
3.2. Həftəlik taymerə malik divar tipli pult PAR-31MAA.
3.3. Məsafədən idarəetməli PAR-FL32MA pultu.
3.4. 3D sensorlu mərkəzi idarəetmə sistemi AE 200.
• Qrupların, blokların və zonaların fərdi idarəolunması;
• BMS sisteminin qoşulması üçün port;
• Məlumatların saxlanılması üçün 2gb SD yaddaş kartının dəstəklənməsi;
• 200-e qədər daxili blokun idarə olunması.