Məhsul kataloqu
Soyutma / Fankoyl
Fankoyl cihazları adından da göründüyü kimi ventilyator və serpantindən ibarət olub soyutma sistemlərinin sadə bir hissəsini təşkil edirlər. 2 borulu və 4 borulu olmaq şərtilə kanal, kaset, döşəmə və divar tipli olurlar. Biz sizə İtaliyanın SABIANA şirkətinin istehsalı olan Eurovent sertifikatlı fankoylları təqdim edirik. Şirkət 1929-cu ildə fəaliyyətə başlamasına baxmayaraq fankoyl cihazlarını 1980-cı ildən etibarən müştərilərinin ixtiyarına vermişdir.
Döşəmə tipli Carisma fankoyl cihazları 0.5– 7.6 kW arası soyutma, 0.7 – 10.0 kW arası isitmə gücünə malik olub verdiyi havanın miqdarı 90 – 1500 m3/s arasında dəyişir. Modelindən asılı olaraq bu cihazlar elektron motora malik (invertor platalı) mərkəzdənqaçma ventilyatoru ilə və ya asinxron motora malik tangensiyal ventilyatorla təchiz edilə bilərlər. Sizin arzunuza uyğun olaraq ayaqlar əlavə aksessuar kimi təqdim edilir.
Gizli tavan tipli fankoyllar həm Carisma, həm də Maestro adları altında istehsal olunaraq müştərilərə təqdim edilir. Döşəmə tipli fankoyllarda olduğu kimi, gizli tavan tipli fankoyllar da elektron motora malik (invertor platalı) mərkəzdənqaçma ventilyatoru ilə və ya asinxron motora malik tangensiyal ventilyatorla təchiz edilə bilərlər.Carisma modelləri 80 Pa, Maestro modelləri isə 160 Pa təzyiqə qədər işləyə bilərlər. Gizli tavan tipli modellərimiz 1.6 –33.1 kW arası soyutma, 1.9 – 61.1 kW arası isitmə gücünə malik olub verdiyi havanın miqdarı 240 – 7100 m3/s arası dəyişir.
SkyStar modelləri 4-yollu kaset olub panel ölçüləri 600x600 mm və 800x800 mm olur. Əvvəlki modellərdə olduğu kimi bunlar da asinxron və ya elektron motorlu olurlar. Bir saatda 310 – 1820 m3hava vura bilən bu cihazların soyutma gücü 1.3 –10.8 kW, isitmə gücü isə 1.6 – 12.8 kW təşkil edir.
Sabiana'da təkyollu kaset modelləri Carisma Coanda adlanır, həm asinxron,
həm də elektron motorla istehsal olunurlar. Soyutma gücləri 0.8 –4.4 kW,
isitmə gücləri isə 0.9 – 5.2 kW olan bu modellər bir saatda 130 – 680 m3
hava vurmaq qabiliyyətinə malikdirlər.
Carisma Fly modelləri də bütün digər modellərdə olduğu kimi asinxron və ya elektron motorlu ventilyatorlarla istehsal edilirlər. Hava miqdarı saatda 190 – 790 m3 təşkil edir ki, bunun da sayəsində əldə edilən soyutma gücü 1.2 – 3.8 kW, isitmə gücü isə 1.5 – 5.1 kW arasında dəyişir.