Layihələr
Suraxanı Gəmi Muzeyi
Suraxanı Gəmi Muzeyi layihəsində tarixi və ictimai obyektlər üçün tələb olunan müasir mexaniki sistemlər xüsusi texniki yanaşma ilə icra edilmişdir. Layihə zamanı ziyarətçilərin komfortu, daxili mühitin sabitliyi və eksponatların qorunması əsas prioritetlər kimi nəzərə alınmışdır. Havalandırma sistemləri muzey daxilində təmiz və balanslı hava dövranını təmin edir, isitmə və soyutma həlləri isə ilboyu optimal temperatur rejimi yaradır. Çiller və fan-koyl sistemləri mərkəzləşdirilmiş iqlim nəzarətini həyata keçirir. Su və kanalizasiya xətləri normativlərə uyğun quraşdırılmış, yanğın söndürmə sistemi isə obyektin təhlükəsizlik səviyyəsini artırmışdır.
Mexanika bölməsi:
- Havalandırma;
- İsitmə soyutma;
- Çiller və fankoyl
- Su və kanalizasiya xətləri;
- Yanğın söndürmə sistemi.
