Layihələr
Mercedes Avto Salonu
Mercedes Avto Salonu layihəsində premium avtomobil sərgi və satış məkanları üçün tələb olunan yüksək komfort, təhlükəsizlik və texniki dayanıqlıq nəzərə alınaraq bütün MEP və IT sistemləri müasir standartlara uyğun şəkildə icra edilmişdir. Layihə zamanı ziyarətçi rahatlığı, avtomobillərin qorunması və fasiləsiz istismar əsas prioritetlər kimi müəyyən edilmişdir. Mexanika bölməsi üzrə havalandırma, isitmə-soyutma, çiller və fan-koyl sistemləri, su və kanalizasiya xətləri, eləcə də yanğın söndürmə sistemi quraşdırılmışdır. Elektrik bölməsi daxili elektrik təchizatı, işıqlandırma və fasad işıqlandırması, ildırımdan mühafizə və torpaqlama sistemlərini əhatə edir.Zəif cərəyan bölməsi çərçivəsində yanğın siqnalizasiyası, təcili anons, yanğın avtomatikası, turniket və şlaqbaum sistemləri tətbiq edilmişdir. IT bölməsi isə data (kompüter şəbəkəsi), IP telefoniya, access control, proyektorlar və professional video və səs sistemləri ilə salonun təhlükəsiz və effektiv fəaliyyətini təmin edir.
Mexanika bölməsi:
- Havalandırma;
- İsitmə soyutma;
- Çiller və fankoyl
- Su və kanalizasiya xətləri;
- Yanğın söndürmə sistemi.
Elektrik bölməsi:
- Daxili elektrika təchizatı;
- İşıqlandırma;
- Fasad işıqlandırması;
- İldırımdan mühafizə;
- Torpaqlama.
Zəif cərəyan bölməsi:
- Yanğın siqnalizasiyası;
- Acil anons;
- Yanğın avtomatikası;
- Turniket;
- Şlaqbaum.
IT:
- Data (kompüter şəbəkəsi);
- IP telefoniya;
- Accecc control;
- Proyektorlar;
- Professional video və səs sistemi.
