Layihələr
Intercontinental Baku
InterContinental Baku otelində beynəlxalq hotelçilik standartlarına uyğun olaraq mexaniki sistemlər yüksək peşəkarlıqla layihələndirilmiş və icra edilmişdir. Layihə zamanı qonaq komfortu, fasiləsiz istismar, enerji səmərəliliyi və təhlükəsizlik əsas prioritetlər kimi nəzərə alınmışdır. Havalandırma sistemləri daxili hava keyfiyyətini optimal səviyyədə saxlayır, isitmə və soyutma həlləri isə ilboyu stabil temperatur təmin edir. Çiller və fan-koyl sistemləri mərkəzləşdirilmiş iqlim nəzarətini həyata keçirir. Su və kanalizasiya xətləri normativ tələblərə uyğun qurulmuş, yanğın söndürmə sistemi isə obyektin təhlükəsizlik səviyyəsini maksimum dərəcədə yüksəltmişdir.
Mexanika bölməsi:
- Havalandırma;
- İsitmə soyutma;
- Çiller və fankoyl
- Su və kanalizasiya xətləri;
- Yanğın söndürmə sistemi.
