Layihələr
Fındıq Emalı Zavodu
Fındıq Emalı Zavodu layihəsində qida sənayesi obyektləri üçün tələb olunan gigiyena, təhlükəsizlik və fasiləsiz istehsal prinsipləri əsas götürülərək bütün MEP və IT sistemləri müasir mühəndislik standartlarına uyğun şəkildə icra edilmişdir. Layihə zamanı istehsal proseslərinin sabitliyi, işçi heyətinin təhlükəsizliyi və enerji səmərəliliyi prioritet kimi nəzərə alınmışdır.
Mexanika bölməsi üzrə havalandırma, isitmə-soyutma, çiller və fan-koyl sistemləri, su və kanalizasiya xətləri, eləcə də yanğın söndürmə sistemi quraşdırılmışdır. Elektrik bölməsi çərçivəsində daxili elektrik təchizatı, işıqlandırma, fasad işıqlandırması, ildırımdan mühafizə və torpaqlama sistemləri icra edilmişdir.
Zəif cərəyan bölməsi yanğın siqnalizasiyası, təcili anons, yanğın avtomatikası, turniket və şlaqbaum sistemlərini əhatə edir. IT bölməsi isə data (kompüter şəbəkəsi), IP telefoniya və istehsal proseslərinə nəzarət üçün rəqəmsal həllərlə zavodun təhlükəsiz və effektiv fəaliyyətini təmin edir.
Mexanika bölməsi:
- Havalandırma;
- İsitmə soyutma;
- Çiller və fankoyl
- Su və kanalizasiya xətləri;
- Yanğın söndürmə sistemi.
Elektrik bölməsi:
- Daxili elektrika təchizatı;
- İşıqlandırma;
- Fasad işıqlandırması;
- İldırımdan mühafizə;
- Torpaqlama.
Zəif cərəyan bölməsi:
- Yanğın siqnalizasiyası;
- Acil anons;
- Yanğın avtomatikası;
- Turniket;
- Şlaqbaum.
IT:
- Data (kompüter şəbəkəsi);
- IP telefoniya;
- Accecc control;
- Proyektorlar;
- Professional video və səs sistemi;
