Capital Tower

Layihə çərçivəsində yaşayış kompleksinin komfortu və təhlükəsiz istismarı üçün bütün əsas mexaniki sistemlər kompleks şəkildə icra edilmişdir. Sistemlərin layihələndirilməsi zamanı enerji səmərəliliyi, fasiləsiz işləmə və uzunmüddətli istismar tələbləri əsas götürülmüşdür.

Havalandırma sistemləri daxili hava dövranını təmin edir, isitmə və soyutma həlləri ilboyu stabil temperatur yaradır. Çiller və fan-koyl sistemləri mərkəzləşdirilmiş iqlim nəzarətini təmin edir. Su və kanalizasiya xətləri normativlərə uyğun quraşdırılmış, yanğın söndürmə sistemi isə obyektin təhlükəsizlik səviyyəsini yüksəltmişdir.

Mexanika bölməsi:
- Havalandırma;
- İsitmə soyutma;
- Çiller və fankoyl
- Su və kanalizasiya xətləri;
- Yanğın söndürmə sistemi.