Baku Bay Tower

Baku Bay Tower layihəsində çoxmərtəbəli və müasir bina konsepsiyasına uyğun olaraq bütün əsas mexaniki sistemlər yüksək mühəndislik standartları əsasında icra edilmişdir. Layihələndirmə zamanı komfort, enerji səmərəliliyi və təhlükəsiz istismar əsas prioritetlər kimi nəzərə alınmışdır. Havalandırma sistemləri daxili hava keyfiyyətinin stabil saxlanılmasını təmin edir, isitmə və soyutma həlləri isə ilboyu optimal temperatur rejimi yaradır. Çiller və fan-koyl sistemləri mərkəzləşdirilmiş iqlim nəzarətini təmin edir. Su və kanalizasiya xətləri normativ tələblərə uyğun qurulmuş, yanğın söndürmə sistemi isə obyektin ümumi təhlükəsizlik səviyyəsini yüksəltmişdir.

Mexanika bölməsi:
- Havalandırma;
- İsitmə soyutma;
- Çiller və fankoyl
- Su və kanalizasiya xətləri;
- Yanğın söndürmə sistemi.