Layihələr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası üçün tələb olunan mexaniki sistemlər yüksək mühəndislik standartlarına uyğun şəkildə icra edilmişdir. Layihə zamanı tələbə və müəllim heyətinin komfortu, daxili hava keyfiyyəti, enerji səmərəliliyi və təhlükəsizlik əsas prioritetlər kimi nəzərə alınmışdır. Havalandırma sistemləri yataqxana məkanlarında sağlam hava dövranını təmin edir, isitmə və soyutma həlləri isə ilboyu stabil temperatur rejimi yaradır. Çiller və fan-koyl sistemləri mərkəzləşdirilmiş iqlim nəzarətini həyata keçirir. Su və kanalizasiya xətləri normativ tələblərə uyğun quraşdırılmış, yanğın söndürmə sistemi isə obyektin ümumi təhlükəsizlik səviyyəsini artırmışdır.

Mexanika bölməsi:
- Havalandırma;
- İsitmə soyutma;
- Çiller və fankoyl
- Su və kanalizasiya xətləri;
- Yanğın söndürmə sistemi.