Giersch Germany - Odluqlar
Dab - Nasoslar
Aktes - Qazanlar
AAAF Park layihəsi çərçivəsində obyektin istilik və hidravlik sistemləri üçün etibarlı və yüksək səmərəliliyə malik avadanlıqlar seçilib. Layihədə istilik mənbəyi kimi Giersch istehsalı olan odluqlardan, su dövriyyəsinin stabil idarəsi üçün DAB nasoslarından istifadə olunub. İstilik istehsalı isə güclü və uzunömürlü Aktes qazanları ilə təmin edilib. Bu kombinasiya layihə üzrə təhlükəsiz, balanslı və fasiləsiz istilik sistemi formalaşdırıb.
