Layihələr
Dövlət İmtahan Mərkəzi
Dövlət İmtahan Mərkəzi binasında funksional və etibarlı istismarın təmin edilməsi məqsədilə bütün əsas mexaniki sistemlər müasir mühəndislik tələblərinə uyğun şəkildə icra edilmişdir. Layihələndirmə zamanı insanların sıx toplaşdığı ictimai bina xüsusiyyətləri, hava keyfiyyəti və təhlükəsizlik əsas meyarlar kimi nəzərə alınmışdır.
Havalandırma sistemləri daxili hava mübadiləsini təmin edir, isitmə və soyutma həlləri isə ilboyu stabil temperatur yaradır. Çiller və fan-koyl sistemləri mərkəzləşdirilmiş iqlim nəzarətini həyata keçirir. Su və kanalizasiya xətləri normativlərə uyğun qurulmuş, yanğın söndürmə sistemi obyektin təhlükəsizlik səviyyəsini yüksəltmişdir.
Mexanika bölməsi:
- Havalandırma;
- İsitmə soyutma;
- Çiller və fankoyl
- Su və kanalizasiya xətləri;
- Yanğın söndürmə sistemi.
