Məhsullar

Navien EQB 8Kw


·  İstilik gücü: 8 kVt

·  İstilik sahəsi: 80 m²-ə qədər

·  Enerji sərfi: 8,1 kVt/saat

·  Gərginlik: 230V / 380V (1 və ya 3 faza)

·  KPD: 99,6%

·  Səssizlik səviyyəsi: 39 dB

·  Tətbiq sahəsi: Kiçik mənzillər, ofislər, bağ evləri
Navien EQB 8HW az enerji sərfiyyatı və səssiz işləməsi ilə 2-3 otaqlı mənzillər üçün idealdır.

Navien EQB 8HW elektrik kombisi 8 kVt gücə malikdir və 80 m² sahəyə qədər olan ev və ofislərin isitmə tələbatını rahatlıqla qarşılayır. Bu model qaz xətti olmayan ərazilər üçün ideal seçimdir, çünki tamamilə elektrik enerjisi ilə işləyir və yüksək KPD – 99,6% səmərəlilik dərəcəsi ilə enerjidən maksimum istifadə təmin edir. Səssiz işləmə (cəmi 39 dB) və Incoloy 800 ərintisindən hazırlanan istilik elementi sayəsində həm davamlı, həm də etibarlıdır. Rəqəmsal idarəetmə paneli temperaturun və təzyiqin dəqiq tənzimlənməsini təmin edir. EQB 8HW modeli həm 230V bir fazalı, həm də 380V üç fazalı elektrik bağlantısı ilə işləyə bilir. Kompakt divar tipli quruluşu sayəsində az yer tutur və texniki xidmət tələb etmir.

Məhsulun mövcudluğu barədə məlumat əldə etmək üçün

📞 Тел: +994772716060 E-mail: [email protected]