Midea MKT2-200G30 2 Sıralı Kanal Tipli Fankoil

Midea MKT2-200G30 2 Sıralı Kanal Tipli Fankoil

Öncədən sifarişlə

Əsas xüsusiyyətlər

  • Kanal tipli fankoil
  • 2 borulu sistem
  • 2 sıralı istilik dəyişdiricisi
  • Soyutma: təxminən 1.9 kW
  • İsitmə: təxminən 3.2 kW
  • Hava sərfi: 340/285/210 m³/saat
  • Kompakt korpus
  • Gizli tavan montajı
  • Təmizlənə bilən hava filtri
  • Mis boru və alüminium lamelli istilik dəyişdiricisi
  • Sinklənmiş polad konstruksiya

Midea MKT2-200G30 az hündürlüklü asma tavan sahələrində mərkəzləşdirilmiş isitmə və soyutma sistemlərinin qurulması üçün nəzərdə tutulmuş kompakt kanal tipli fankoidir. İki sıralı istilik dəyişdiricisinin tətbiqi cihazın ölçülərini və quraşdırma üçün tələb olunan sahəni azaltmağa imkan verir. Bu xüsusiyyət onu otel otaqları, kiçik ofislər, yaşayış sahələri və məhdud tavan boşluğu olan layihələr üçün uyğun edir.Fankoil su əsaslı sistemlə işləyir və çillerdən gələn soyuq su və ya istilik mənbəyindən gələn isti su vasitəsilə otağın temperaturunu tənzimləyir. Gizli quraşdırılan blokdan çıxan hava kanal sistemi vasitəsilə otağa ötürülür. MKT2 seriyasında hava filtrinin rahat çıxarılıb təmizlənməsi və servis nöqtələrinə çıxışın sadələşdirilməsi istismar və texniki xidmət prosesini asanlaşdırır.