Şirkət xəbərləri

“EUROCLIMA” servis mərkəzləri - Azərbaycanın bütün rayonlarında

05 noyabr 2024

Fuad Binaktali, "EUROCLIMA" şirkətinin texniki şöbəsinin müdiri

Şirkətimiz "EUROCLİMA" 2015-ci ildən Azərbaycan bazarındadır. Əvvəlcə yalnız istilik sistemi ilə məşğul olurduqsa, indi kondisioner və havalandırma sistemləri istehsal edirik.

Şirkət müştərilərin ehtiyaclarını və sosial səviyyəsini nəzərə alaraq müəyyən xidmətlər göstərir. Bu məqsədlər üçün üç şirkətlə – İtalyanın "IMERGAS", Cənubi Koreyanın "NAVIEN" və Çinin "VANVA" şirkətləri ilə müqavilələr bağlamışıq.

"EUROCLIMA"nın iki böyük servis mərkəzi, böyük ehtiyat hissələri bazası, 8 xətli çağrı mərkəzi (*5252) (eyni zamanda 8 müştəriyə xidmət edə bilər) var və 24 saat ərzində xidmət göstərir. Onu da qeyd etmək lazımdır ki, biz aşağı qaz təzyiqində belə işləyən kombilər satırıq.

"EUROCLIMA"nın servis mərkəzləri Azərbaycanın bütün rayonlarında fəaliyyət göstərir. Müştərilər Bakıdan gələn ustanı çox gözləməli və onun xidmətlərinə görə üç qat baha ödəniş etməli deyillər. Biz həmçinin azad edilmiş rayonlarda mərkəzlər açmağı planlaşdırırıq. Ola bilər ki, Şuşa şəhərindən başlayaq. Hazırda servis mərkəzlərimiz Tərtər, Ağdam və Füzuli rayonlarında işləyir.

"Aquatherm Baku" sərgisində birinci il deyil ki, iştirak edirik. Bu tədbir sayəsində imicimizi yaxşılaşdırmışıq, hər dəfə yeni müştərilər tapırıq, layihəçilərə və mühəndislərə yeni məhsullar barədə məlumat veririk.