Şirkət xəbərləri

Qarabağ Futbol Klubu yenidən tarix yazdı

27 avqust 2025

Euroclima MMC olaraq, Qarabağ Futbol Klubunu UEFA Çempionlar Liqasının qrup mərhələsinə ikinci dəfə yüksəlməsi münasibətilə səmimi-qəlbdən təbrik edirik!

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" Bakıda Macarıstanın "Ferentsvaroş" klubuna 2:3 hesabı ilə məğlub olub.

Amma buna baxmayaraq, Ağdam təmsilçisi iki görüşün ümumi nəticəsinə əsasən (5:4) tarix yazaraq ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

Tarix yazan komandamıza uğurlar arzu edirik! Bu böyük nailiyyət Azərbaycan futbolu üçün mühüm qürur mənbəyidir.

Xatırladaq ki, Qarabağ FK ilk dəfə 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış etmişdi və bu, Azərbaycan futbol tarixində bir ilk idi.

İrəli, Qarabağ !