Mədət Atakişiyev, STARM şirkətinin direktoru (Gəncə)
- STARM şirkəti dəmir qapı və mebel satışı ilə məşğuldur. Ona görə də, bu seqmentdəki bütün yeni məhsulların təhlil edilməsi bizim üçün vacibdir. Bu gün Road&Traffic-də Azərbaycanın EUROCLIMA şirkətinin stendi məni müsbət mənada təəccübləndirdi. EUROCLIMA dünyaca məşhur ZKTeco şirkətinin rəsmi distribyutorudur. Bu Çin şirkəti girişə nəzarət və videomüşahidə sistemləri sahəsində avadanlıq və proqram platformalarının istehsalı üzrə ixtisaslaşıb. Şirkət sərfəli qiymətlər və çevik əməkdaşlıq şərtləri, yüksək keyfiyyət və geniş çeşiddə sertifikatlaşdırılmış məhsullar təklif edir. O, həmçinin, marketinq materialları ilə təmin edərək, texniki dəstək və xidmət mərkəzi xidmətlərini təqdim edir. Gəncədə bu şirkətin mağazasını açmaq üçün müqavilə bağlamağı planlaşdırıram.
Sərgidə barmaq izi ilə açılan qapı tutacaqları, gizli menteşələr və qıfıllar da diqqətimi çəkdi.
Mən bir mebel ustası kimi sərgilərdə iştirak etmək üçün tez-tez Türkiyəyə gedirəm. Hər dəfə oradan yeni aksessuarlar gətirirəm. Ona görə də əminliklə deyə bilərəm ki, belə tədbirlər ziyarətçi və iştirakçılara tərəfdaşlar tapmaqda kömək edərək, Azərbaycanda tikinti bazarının inkişafına şərait yaradır.