Şirkət xəbərləri
Immergas Azərbaycanda 20 illik fəaliyyətini qeyd edir
Immergas markasının Azərbaycandakı fəaliyyəti 20 ili tamamlayır. 2005-ci ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərən Immergas, bu müddət ərzində istilik sistemləri sahəsində etibarlı və tanınmış brendlərdən birinə çevrilib. Şirkətin ölkəmizdəki inkişafında Euroclima MMC ilə uzunmüddətli əməkdaşlıq xüsusi rol oynayır.Bakı şəhərində keçirilən tədbirdə Immergas-ın Azərbaycandakı uğurlu fəaliyyəti, bazarda qazandığı etibar və gələcək inkişaf istiqamətləri müzakirə olunub. Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko, Immergas və Euroclima nümayəndələri, həmçinin tərəfdaşlar iştirak ediblər.Immergas-ın Azərbaycandakı nəticələri şirkətin bazardakı mövqeyini aydın şəkildə göstərir. Ölkə üzrə 180.000-dən çox kombinin quraşdırılması, geniş servis şəbəkəsinin formalaşması və satış göstəricilərinin artması bu əməkdaşlığın uğurlu nəticəsidir. 2024-cü ildə Immergas-ın Azərbaycandakı dövriyyəsi 4,9 milyon avroya çatıb və bu, 2023-cü ilin 3,2 milyon avroluq göstəricisi ilə müqayisədə ciddi artım deməkdir.2023-cü ildə Bakıda açılan Immergas showroom-u da bu inkişafın vacib hissəsidir. Showroom yalnız məhsul təqdimatı üçün deyil, həm də texniki mütəxəssislərin hazırlanması üçün təlim mərkəzi kimi fəaliyyət göstərir. Burada hər il təxminən 100 ixtisaslaşmış texnikə təlim keçirilir. Bu yanaşma müştərilərə daha keyfiyyətli satış sonrası xidmət göstərilməsinə imkan yaradır.Azərbaycan bazarında son illərdə daha qənaətcil və ekoloji cəhətdən səmərəli istilik həllərinə maraq artır. Xüsusilə yoğuşmalı kombilərə olan tələbatın yüksəlməsi istifadəçilərin daha müasir, enerjiyə qənaət edən və uzunömürlü texnologiyalara üstünlük verdiyini göstərir.Euroclima MMC ilə Immergas arasında qurulan əməkdaşlıq məhsul keyfiyyəti, müştəri məmnuniyyəti və texnoloji yenilik prinsiplərinə əsaslanır. Bu tərəfdaşlıq gələcək illərdə də Azərbaycan istilik sistemləri bazarında daha geniş imkanların yaranmasına şərait yaradacaq.Tədbir rəsmi görüş və çıxışlarla yanaşı, əsas tərəfdaşların iştirakı ilə keçirilən qala yeməyi ilə yekunlaşıb. Bu gün Immergas brendi Azərbaycanda təkcə kombi istehsalçısı kimi deyil, həm də etibarlı servis, təlim və texniki dəstək sistemi ilə seçilən istilik həlləri markası kimi tanınır.
