Şirkət xəbərləri

Biometrik yoxlama metodlarının geniş imkanları

05 noyabr 2024

Fuad Binaktari, “ZKTeco” şirkətinin Azərbaycanda icraçı direktorudur. Şirkət girişə nəzarət və videomüşahidə sistemləri, xüsusilə də biometrik sistemlər sahəsində texniki avadanlıqların və proqram platformalarının istehsalı üzrə ixtisaslaşmışdır.

“ZKTeco” şirkətinin əsas fəaliyyət istiqamətləri biometrik yoxlama metodlarının inkişafı, “İnsan + Avtomobil + Obyekt” konsepsiyasına əsaslanan ağıllı girişə nəzarət proqramlarının tətbiqi, həmçinin “ZKTeco+” ağıllı ofis bulud platformasının imkanlarının genişləndirilməsindən ibarətdir.

Bundan əlavə, sərgi çərçivəsində ziyarətçilərə müxtəlif texnoloji avadanlıqlar təqdim olunur. Şirkət tərəfindən istehsal edilən qatlanan oxlu LED göstəricili yüksək sürətli şlaqbaum servo motoru etibarlı ötürücü konstruksiyaya malikdir və yüksək temperatura davamlı idarəetmə paneli ilə təchiz olunub. Eyni zamanda turniketlər, girişə nəzarət cihazları, barmaq izi skanlama və üz tanıma funksiyalarına malik smart kilidlər, videodomofonlar və digər müasir həllər nümayiş etdirilir.

“Road & Traffic” sərgisi çərçivəsində yeni tərəfdaşlar və müştərilərlə əməkdaşlıq imkanlarının genişlənməsi gözlənilir. Şirkət yeni biznes tərəfdaşları və distribyutorlarla əməkdaşlığa açıqdır, tərəfdaşlara əlverişli şərtlər, yüksək keyfiyyətli və geniş çeşiddə sertifikatlaşdırılmış məhsullar təklif olunur.