Şirkət xəbərləri

Euroclima MMC-nin şourumunun təntənəli açılışı — iqlim texnologiyalarında yeni bir mərhələ !

19 may 2025

Mayın 16-da Euroclima şirkəti üçün önəmli hadisə baş verdi — yeni, müasir şourumun təntənəli açılışı baş tutdu. Tədbir yüksək səviyyədə təşkil olunmuş, iqlim texnologiyaları sahəsində fəaliyyət göstərən bir çox yerli və beynəlxalq tərəfdaşların iştirakı ilə yadda qaldı.
Tədbirdə İtaliyanın Immergas, Çinin Midea və Danimarkanın Danfoss şirkətlərinin rəsmi nümayəndələri iştirak edərək çıxış etdilər. Onlar Euroclima ilə əməkdaşlığın əhəmiyyətindən danışdılar və Azərbaycan bazarında iqlim texnologiyalarının inkişafına verdikləri dəstəyi vurğuladılar.
Açılış nitqi ilə çıxış edən şirkətin təsisçisi Aslan Abdullayev Euroclima MMC-nin keçdiyi inkişaf yolunu, gələcək planlarını və yeni şourumun müştərilər üçün yaradacağı imkanları təqdim etdi.
Euroclima şourumu – bu, yalnız məhsul nümayişi üçün yer deyil. Bu, peşəkar texnoloji məsləhətlər, fərdi yanaşma və innovativ həllərlə dolu unikal bir məkan oldu.
Bizimlə bu əlamətdar günü bölüşən bütün qonaqlara təşəkkür edirik!

Şourumun əlaqə nömrəsi: 077-271-60-07