Şirkət xəbərləri

12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür

12 dekabr 2025

2003-cü ildən etibarən hər il 12 dekabr tarixi Azərbaycan xalqı tərəfindən ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anım günü kimi dərin ehtiramla yad edilir. Bu tarix müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında misilsiz xidmətlər göstərmiş böyük şəxsiyyətin xatirəsinə həsr olunmuşdur. 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olmuş Heydər Əliyev zəngin və çoxşaxəli siyasi fəaliyyəti ilə Azərbaycan tarixində silinməz iz qoymuşdur. Onun rəhbərliyi dövründə ölkəmiz mürəkkəb və taleyüklü mərhələlərdən keçərək sabitlik, inkişaf və müstəqillik yoluna qədəm qoymuşdur. Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına və güclü dövlət institutlarının formalaşmasına xidmət etmişdir. Onun müəyyən etdiyi strateji inkişaf xətti bu gün də Azərbaycanın tərəqqisinin əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu, xilaskar dövlət xadimi və milli lider kimi əbədi yaşayır. Onun zəngin siyasi irsi və ideyaları gələcək nəsillər üçün möhkəm yol xəritəsidir.