Blog

İmmergas xəta kodlari

Immergas kombilərdə görünən xəta kodları cihazda yaranan nasazlığın növünü anlamağa kömək edir. Aşağıda fərqli Immergas modelləri üzrə ən çox rast gəlinən xəta kodları və onların qısa izahları təqdim olunur. Xəta kodunu düzgün dəyərləndirmək kombidə yaranmış problemin səbəbini daha tez müəyyən etməyə imkan verir. Problem sadə reset və ya təzyiq tənzimlənməsi ilə aradan qalxmırsa, texniki baxış üçün servisə müraciət olunmalıdır.

Eolo Star xəta kodları

01 kodu – Alovlanma zamanı problem olduğunu göstərir. Nasazlıq qaz valfında, alışma sistemində və ya elektron platada ola bilər.

02 kodu – Kombinin həddindən artıq qızdığını və təhlükəsizlik səbəbilə bloklandığını bildirir. Problem davam edərsə, limit termostatında nasazlıq ola bilər.

03 kodu – Ventilyator sistemində nasazlıq olduğunu göstərir.

05 kodu – İsti su üçün işləyən NTC sensorunda problem olduğunu bildirir. Bu halda kombi isti su verməyə bilər.

10 kodu – Sistem daxilində su təzyiqinin aşağı olduğunu göstərir. Təzyiq çox aşağı düşdükdə kombi dayanır. Adətən su təzyiqini normaya çatdırmaq lazımdır.

11 kodu – Hava axını ilə bağlı problem olduğunu göstərir. Bu nasazlıq baca tutulması, fan mühərriki və ya hava prosestatından qaynaqlana bilər.

27 kodu – Sistemdə su dövriyyəsinin düzgün getmədiyini bildirir. Pompa nasazlığı səbəbindən cihaz səs verə, petəkləri qızdırmaya və ya isti su performansını azalda bilər.

28 kodu – Təsisatda və ya elektrik hissəsində sızma və ya qaçaq ehtimalını göstərir. Dəqiq səbəbi müəyyən etmək üçün servis yoxlaması vacibdir.

31 kodu – Uzaqdan idarəetmə paneli və ya idarəetmə xətti ilə əlaqə problemidir.

Eolo Maior xəta kodları

30 C0 kodu – Alovlanma xətasıdır. Problem ana kartda, qaz valfında, ionizasiya çubuğunda, prosestatda və ya baca xəttində ola bilər.

40 C0 kodu – Hava axını ilə bağlı nasazlıqdır. Fan, prosestat və ya ana kart yoxlanmalıdır.

50 C0 kodu – Su təzyiqinin aşağı olduğunu göstərir. Təzyiq normaya gətirilməlidir.

60 C0 kodu – Sirkulyasiya xətasıdır. Pompa, filtr, NTC sensoru və ya istilik dəyişdiricisində kirəclənmə səbəb ola bilər.

70 C0 kodu – Radiator suyu üçün NTC sensor nasazlığıdır.

80 C0 kodu – İstifadə suyu NTC sensorunda nasazlıq olduğunu göstərir.

90 C0 kodu – Həddindən artıq qızma problemidir. Bunun səbəbi pompa, filtr, NTC və ya esenjorun kirəclənməsi ola bilər.

Nike Star xəta kodları

01 kodu – Alovlanma problemi.

02 kodu – Limit termostatı ilə bağlı nasazlıq.

03 kodu – Duman termostatı xətası.

04 kodu – Elektro-mexaniki kontaktlarda problem.

05 kodu – Kalorifer NTC sensorunda nasazlıq.

06 kodu – İsti su sensorunda problem.

08 kodu – Cihaza ardıcıl çox reset verildikdə görünə bilər.

10 kodu – Su təzyiqi aşağıdır.

20 kodu – Parazit alov siqnalı aşkar edilib.

27 kodu – Dövriyyə pompasında problem var.

28 kodu – Sızma ehtimalını göstərir.

31 kodu – Otaq termostatı ilə əlaqə kəsilib.

Victrix xəta kodları

01 kodu – Cihazın alışma etmədiyini göstərir.

02 kodu – Həddindən artıq qızma problemi.

05 kodu – Kalorifer NTC sensorunda nasazlıq.

06 kodu – İsti su sensorunda problem.

08 kodu – Reset selektoru ilə bağlı nasazlıq.

09 kodu – Dar ayar funksiyasının aktiv olduğunu göstərir.

10 kodu – Pompa ilə bağlı problem.

15 kodu – Proqramlaşdırma və ya konfiqurasiya xətası.

16 kodu – Ventilyator nasazlığı.

20 kodu – Cihazda alovlanmanı əngəlləyən problem var.

27 kodu – Suyun dövriyyəsi kifayət qədər deyil.

31 kodu – Kumanda panelində nasazlıq var.

37 kodu – Şəbəkədə gərginlik düşməsi olduğunu göstərir.

Eolo Mini xəta kodları

01 kodu – Alovlanma zamanı nasazlıq baş verib.

02 kodu – Limit termostatında problem.

03 kodu – Ventilyator nasazlığı.

05 kodu – Göndərmə xətti və ya əlaqəli sensor hissəsində problem.

06 kodu – İsitmə sisteminə cavabdeh sensorda nasazlıq var. Bu halda cihaz normal isitmə verməyə bilər.

08 kodu – Cihaza lazım olandan artıq reset verildiyini göstərir.

10 kodu – Su təzyiqi aşağıdır.

11 kodu – Hava prosestatı xətası.

15 kodu – Kombinin proqram təminatı və ya idarəetmə hissəsində nasazlıq var.

20 kodu – Parazit alov xətası.

24 kodu – Düymə panelində problem.

27 kodu – Dövriyyə pompasında nasazlıq ola bilər.

31 kodu – Uzaqdan idarəetmə paneli ilə əlaqə problemi.

37 kodu – Gərginlik düşməsi baş verib.

38 kodu – Alov siqnalı işləmir. Resetdən sonra da qalırsa, ionizasiya və ya alışdırma elektrodu yoxlanmalıdır.

43 kodu – Alov siqnalının itməsi ilə bağlı problem.

44 kodu – Qaz klapanının uzun müddət açıq qalması və ya ilişməsi ilə bağlı xəta ola bilər. Resetdən sonra da davam edərsə, texniki yoxlama lazımdır.

Eolo Mythos xəta kodları

E00 – Alovlanma, qaz valfı və ya platada problem ola bilər.

E02 – Alov siqnalı yoxdur.

E04 – Kombi bloklanıb, diaqnostika tələb olunur.

E12, E18, E19 – Həddindən artıq qızma və qaynama ilə bağlı nasazlıqlar.

E28, E29 – Fan motorunda problem var.

E31, E36 / E32, E37 – Qısa qapanma və ya temperatur sensoru nasazlığı ola bilər. Bəzi hallarda plata da yoxlanmalıdır.

E65 – Baca sistemi ilə bağlı problem olduğunu göstərir.

Vacib qeyd

Xəta kodları kombidə yaranan nasazlığın ümumi istiqamətini göstərir. Sadə su təzyiqi tənzimlənməsi və ya reset kömək etmədikdə, cihazı məcburi işlətməyə davam etmək düzgün deyil. Təhlükəsiz və düzgün həll üçün ixtisaslı servisə müraciət etmək tövsiyə olunur.