EUROCLIMA
  • BAŞ SƏHİFƏ
  • PORTFOLİO
    • PDF
  • SATIŞ
    • Mağazalar
    • Servis
  • KORPORATİV
    • Şirkət haqqında
    • Tədbirlər
    • Lisenzyalar
    • Foto qalereya
  • SERVİS
  • ƏLAQƏ

Məhsul kataloqu

Soyutma / Konvektorlar

007

Open Lightbox

007

Open Lightbox

007

Open Lightbox

007

Open Lightbox

Konvektorlar

Döşəməiçi konvektorlar böyük ölçülü (əsasən yerdən tavana qədər) şüşə divarlar olan sahələrin isidilməsi üçün nəzərdə tutulub, lakin bəzi modellərdə həm də yay aylarında soyuq hava verməsi də nəzərə alınmışdır. Bu cihazlardan əksər hallarda inzibati və kommersiya tipli binaların isidilməsində istifadə olunsa da son illərdə mənzillərdə də geniş tətbiq olunmağa başlamışdır.
Tələb olunan isitmə gücündən asılı olaraq konvektorlar təbii konveksiyalı və ventilyatorlu olurlar. Bizim təqdim etdiyimiz ventilyatorlu konvektorlarda enerji sərfiyyatını aşağı salmaqdan ötrü 24 voltluq ventilyatorlardan istifadə olunur. Bu cihazların ən üstün cəhətləri otaqda əlavə yer tutmamalarıdır və beləliklə ərazinin interyerini heç bir halda pozmurlar. Döşəməiçi konvektorların yekun görünüşü onların üzərində olan mənfəzdən asılıdır. Mənfəzlər quruluşuna görə düz və ya qatlanan, materialı isə alüminium, palıd və fıstıq ağaclarından ola bilər.
Biz, EUROCLIMA olaraq Çex Respublikasının ISAN şirkətinin istehsal etdikləri konvektorları təmsil edirik.60 ildən çox isitmə sektorunda fəaliyyət göstərən ISAN şirkəti artıq 15 ildən çoxdur ki, istehsal etdiyi konvektorları Avropa Birliyi ölkələrinə satır.

Təqdim etdiyimiz məhsulların çeşidləri aşağıdakı kimidir:
1. FRT seriyalı ventilyatorlu konvektorlar
a. Hundurluyu – 65 – 140 mm
b. Eni – 175 – 425 mm
c. Uzunluğu –700 – 4800 mm
2. FRK seriyalı təbii konveksiyalı konvektorlar
a. Hundurluyu –80 – 200 mm
b. Eni – 175 – 425 mm
c. Uzunluğu – 700 – 4800 mm

Bu konvektorları sizin layihənizə uyğun olaraq istədiyiniz formada, istənilən bucaq altında təmin etmək mümkündür.



Müəllif hüquqları qorunur. © 2016 EUROCLIMA MMC şirkəti

WebStudio.Az